Azərbaycanlı `qanuni oğru` intihar edib
04:42 08 Aprel 2016
Bu yaxınlada “Borispol” beynəlxalq hava limanında baş verən qalmaqallı hadisənin gözlənilməz davamı olub.
Yəqin xatırlayırsınız, Rusiyadan deportasiya olunan Dadaş Bakinski kimi tanınan “qanuni oğru” Dadaş İbrahimov hava limanında bıçaqla qarnına bir neçə bıçaq zərbəsi vuraraq, boğazını kəsməyə cəhd göstərmişdi. Həmin vaxt onu ölümdən hüquq-mühafizə orqanlarının əməkdaşları qurtarmışdılar.
“Qanuni oğru” Borispol rayon xəstəxanasına yerləşdirilmişdi. Aprelin 7-də isə məlum olub ki, o, aldığı 7 bıçaq xəsarətindən xəstəxanada ölüb. Beləliklə, faktiki demək olar ki, Dadaş Bakinski intihar edib.
Qeyd edək ki, Dadaş İbrahimov Rusiyadan Azərbaycana deportasiya olunandan sonra Bakıdan Kiyevə gedib. “Borispol” hava limanına düşəndən sonra birbaşa uçuş zalında siqaret çəkib.
Ukrayna patrul polisinin əməkdaşları bu qanun pozuntusuna görə ona xəbərdarlıq ediblər. Onlar Dadaş Bakinskiyə yaxınlaşanda aqressiv reaksiya verərək əcnəbi dildə qışqırmağa da başlayıb.
Bu zaman polislərin diqqətini onun sifətindəki qan ləkələri cəlb edib.
Onlar “qanuni oğru”ya xəbərdarlıq edib hər şeyin qaydasında olduğunu soruşanda yenə əcnəbi dildə qışqırıb bıçaq çıxartmaqla polislərin üstünə cumub. Ancaq o, birdən çevrilərək bıçaqla özünün qarın və boyun nahiyəsinə xəsarətlər yetirib, bundan sonra yıxılıb.
Sonradan Dadaş İbrahimovun bu qeyri-adekvat reaksiyasını şərh edən mənbə deyib ki, həmin gün o, kokainin təsiri altında olub. Sifətindəki qan ləkələri isə polislərlə qalmaqaldan əvvəl öz yaxınlarından birinə ölümcül xəsarət yetirməsi nəticəsində qalıb.(modern.az)
Oxunub: 1290
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycanlıların reaksiyası yekdil deyil - Ekspertdən İran hadisələrinə ŞƏRH
- Azərbaycanlı biznesmen və oğlunun meyiti ölkəyə gətirildi - VİDEO
- Azərbaycanlı deputatlar məşhur Liv Hospitalında
- Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - FOTOLAR
- Azərbaycanlı biznesmen avtobusun qarşısını kəsib, sürücünü bıçaqladı
- Azərbaycanlılar Rusiyada milyonluq kompleks aldı
- Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür
- Azərbaycanlı biznesmen və oğlu faciəvi şəkildə öldü - FOTOLAR